IQNA

Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei başsağlığı verdilər

6:34 - May 14, 2013
Xəbər sayı: 2533027
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei ötən gün günortadan sonra bir müraciətdə İslam İnqilabının fədailərindən və İmam Xomeyninin (r.ə) səmimi silahdaşlarından biri olan Mahmud Murtəzayifərin vəfatı ilə bağlı başsağlığı veriblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei ötən gün günortadan sonra bir müraciətdə İslam İnqilabının fədailərindən və İmam Xomeyninin (r.ə) səmimi silahdaşlarından biri olan Mahmud Murtəzayifərin vəfatı ilə bağlı başsağlığı veriblər. Qeyd edək ki, mərhum Mürtəzayifər hər il Ramazan bayramı günü qılınan namazın qunut dualarını oxuyur və öz həzin səsi ilə xaitrələrdə xatirələrdə qaldı.
İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin mətni belədir:
Bismillahir-rəhmanir-rəhim
İslam İnqilabının səmimi dostlarından və Tehranın Cümə namazının vəfalı xidmətçilərindən olan cənab Hacı Mahmud Murtəzayifərin vəfatı ilə bağlı yaxınlarına və dostlarına başsağlığı verir və onun üçün ilahi rəhmət və bağışlanmağı diləyirəm.
Seyid Əli Xamenei
12 may 2013
1226979
captcha