IQNA

Amerikada hicablı xanımlara qarşı iş ayrı-seçkiliyi

23:49 - May 26, 2013
Xəbər sayı: 2539119
Beynəlxalq qrup: Amerikada aparılan son tədqiqatlar göstərir ki, ABŞ-da yaşayan hicablı xanımlar iş tapmaqda digərlərinə nisbətən daha çox ayrı-seçkiliyə məruz qalırlar. İş sahibləri (işəgötürən) işçi qüvvə götütərkən məzhəbi örtüyü olmayan qadınlara üstünlük verirlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ON İSLAM" xəbər saytına istinadən verdiyi xəbərə görə Sonia Ghumman – Amerikanın Havayi Universitetinin Assistenti, deyib: "Biz meydani tədqiqat apararaq hicablı xanımların işə götürlməsində ayrı-seçkilik edilməsi məsələsini araşdırdıq.
On doqquz və iyirmi iki yaşında olan tələbələr arasında aparılan araşdırmalara görə bu tələbələr iş üçün müraciət edikdə İslami örtüklə olan tələbələr işə qəbul üçün ayrı-seçkiliyə məruz qalıblar.
Bu ayrı-seçkiliklər həm sözdə və həm də rəftarda iş sahibləri (işəgötürən) tərəfindən büruzə verilmişdir.
Bundan öncə də ABŞ-da bu barədə aparılan tədqiqatların nəticələri bu cür olmuşdu və bu ayrı-seçkilik Amerikada həmişə müsəlmanlara qarşı müşahidə olunur.
Anne Marie Ryanın – Meşigan əyalətinin universitet ustadı, hicablı xanımların işə götürülməməsi barədə apardığı araşdırmaların da nəticələri göstərmişdir ki, işəgötürənlər tərəfindən müsəlmanlara və hicablı xanımlara qarşı mənfi fikirlər artmaqdadır.

1233660
captcha