İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Əl-Aləm TV kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Amerika məhkəməsi İslamı və İslam Peyğəmbərini (s) təhqir edən filmin rejissoru Nikola Basilini azadlığa buraxıb.
O, İslamı və İslam Peyğəmbərini (s) təhqir edən "müsəlmanların günahsızlığı" adlı bir filmin rejissorudur. O, bu filmi ilə bütün dünya müsəlmanlarını qəzəbləndirmişdi. Onun bu işi milyonlarla müsəlmanların etiraz və aksiyalarına səbəb olmuş və neçə-neçə insanların yaralanması və ölümü ilə nəticələnmişdi.
İslamı və İslam Peyğəmbərini (s) təhqir edən filmin rejissoru Nikola Basilini 2010-ci ilində "bank işlərində dələduzluq" maddəsi ilə ittiham edilmiş və 2012-ci ildə tutuqlanmış və bir il müddətində azadlıqdan məhrum edilmişdi.
Bu mənfur film 11 sentyabar hadisəsinin ildönümündə yayımlanmışdı.
1270491