IQNA

Dünya Müsəlman Alimləri Birliyinin rəis müavini istefa verdi

23:55 - September 14, 2013
Xəbər sayı: 2589496
Beynəlxalq qrup: Şeyx Əbdullah bin Beytə - Şeyx Yusif Qərzavinin (Dünya Müsəlman Alimləri Birliyinin rəisi) müavini, tutuğu vəzifədən (Dünya Müsəlman Alimləri Birliyinin rəis müavini) istefa verdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Misri əl-yəvm" qəzetinə istinadən verdiyi xəbərə görə Şeyx Əbdullah bin Beytə - Şeyx Yusif Qərzavinin (Dünya Müsəlman Alimləri Birliyinin rəisi) müavini, tutuğu vəzifədən (Dünya Müsəlman Alimləri Birliyinin rəis müavini) istefa verdi.
Yetmiş yeddi yaşlı Şeyx Əbdullah bin Beytə məktub yazaraq Əli Mühyiddin Qaradağlıya (Dünya Müsəlman Alimləri Birliyinin) bildirib ki, sülh və kompromisə getməyin yolu elə bir ünvandan keçir ki, bu mənim "birlikdə" tutduğum vəzifə ilə münasib deyildir.
Əslən Mavritaniyadan olan yetmiş yeddi yaşlı Şeyx Əbdullah bin Beytə Səudiyyə Ərəbistanına göndərilməmişdən öncə müxtəlif vəzifələrdə işləmiş, əhli-sünnənin görkəmli alimlərindən sayılır. Hal-hazırda Cəddədə "Məlik Əbdüləziz" universitetinin ustadır.

1287508
captcha