İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm"ə istinadən verdiyi xəbərə görə bu gün (6 oktyabr) 9-cu İmamın şəhadət günü silahlı terroristlər İraqın paytxatı Bağdadın "Kazimeyn" şəhərciyində İmam Cavadı (ə) ziyarət edən zəvvarlara hücum ediblər. Bu hücumda ziyarətçilərdən yaralananlar olub.
"Əl-Müslə" saytının verdiyi xəbərə görə silahlı terroristlər İmam Cavadın (ə) əzadarlığına toplaşmış zairləri Bağdadın cənub-şərqində "əl-Bəya" məntəqəsində atəşə tutublar.
Bu hücumda 4 nəfər yaralanıb ki, onların ikisinin vəziyyəti ağırdır.
Bundan əlavə keçən gecə də (5 oktyabr) İmam Cavadın (ə) şəhadət gecəsi Kazimeyni ziyarətə gedənlər terrroristlərin hücumuna məruz qalmış və bu hadisədə 49 nəfər şəhid olmuş və 70 yaralanmışdır.
1298963