IQNA

"Amerikaya ölüm olsun" şüarı İran millətinin dilindən düşməyəcək

20:34 - October 17, 2013
Xəbər sayı: 2604803
Quran üzrə fəaliyyətlər qrupu: Müqəddəs Qum şəhərinin Cümə Namazı Xətibi Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Səidi dünən Qurban bayramının xütbəsində vurğuladı: Amerika böyük şeytandır. Və "Amerikaya ölüm olsun" şüarı heç bir zaman İran millətinin dilindən düşməyəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müqəddəs Qum şəhərinin Cümə namazının xətibi Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Səidi dünən (16 oktyabr) Qurban bayramının xütbəsində Qurban bayramı münasibətilə bütün müsəlmanlara təbrik deyərək vurğuladı: Qurban bayramı günü Allaha bəndəli günüdür. Şeytanın tələsindən qurtuluş günüdür. Günah və pisliklərin qarşısını almaq üçün "təqva"nın (Allaha güclü iman və inamdan doğan xövf və qorxu) gücləndirilən günüdür.
Allahın bu günlərə xüsusi inayəti vardır. Çünki bu ayda baş verən hadisələr - Ərəfə günü, Qurban bayramı və Ğədir-Xum günü, hamısı Kərbəlanı Kəbəyə bağlayır. Allahın nəyəsə xüsusi bir inayəti olanda o şey müqəddəsləşir. Əgər bu inayət zamanadırsa Qurban, Ğədir və Ərəfələşir. Əgər məkanadırsa Kəbə, Mədinə və Kərbəlalaşır. Əgər İbrahim peyğəmbərin duasınadırsa bu duadan susuz biyabanda Məkkə yaranır. Bunların hamsının bir-birinə bağlılığı var. Biz də belə günlərdən səmərəli sitifadə etməli və müsəlmanların qələbəsi üçün dua etməliyik.
Həcc günləri bizə yada salır ki, nəfsimizi necə ayaqlayaq. Şeytanın özümdən necə qovaq. Şeytana daş atmaq bizə öyrədir ki, hər dövrün şeytanını tanıyaq və onunla mübarizə aparaq. Bu gün Amerika böyük şeytandır. Biz hamımız ona ölüm şüarı oxumalıyıq və inanıram ki, "Amerikaya ölüm olsun" şüarı heç bir zaman İran millətinin dilindən düşməyəcək.
O, ikinci xütbədəd dedi: Qurban və Ğədir Xum bayramlarının fasiləsi "Vilayət və İmamət" on günlüyüdür. Qurban bayramı günü Həzrət İbrahimə (s) və Ğədir-Xum bayramı günü İmam Əliyə (ə) "İmam"lıq rütbəsi verimişdir. Bu günlərdə bizim vəzifəmiz İmamət və Vilayəti düzgün təbliğ etmək və ilin bütün günlərində bu yolda qədəm götürməkdir.
1303974
captcha