İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İngiltərə mətbuatına istidanən verdiyi xəbərə görə 1907-ci ilin Avqust ayında Böyük Britaniyanın baş naziri Vinston Çerçillə qardaşının həyat yoldaşı Qvendolin Berti tərəfindən ünvanlanan məktubda ondan xahiş olunur ki, İslamı qəbul etməsin və bu dinə olan rəğbətini kontrol etsin. Bu məktub göstərir ki, İngiltərənin tanınmış siyasətçisi Çerçilin İslam dininə və müsəlman mədəniyyətinə böyük rəğbəti var imiş.
Bu məktubda Qvendolin Berti belə yazır: “Xahiş edirəm, İslamı qəbul etmə, mən səndə Şərqə böyük maraq görürəm. Əgər sən İslamla təmasa girsən, sən düşündüyündən də tez həmin dini qəbul edəcəksən. Buna qarşı mübarizə apar”.
Baş nazir isə cavab məktubunda müsəlman olmaq istədiyini qeyd edərək “mən istərdim paşa olum” yazır.
Tarixi məlumatlara görə, Vinston Çerçil müsəlman mədəniyyəti ilə Sudanda zabit olarkən tanış olub. O, həm də ərəbşünas-şair Uilfrid Blantla da dostluq edib. Onlar əyləncə üçün bəzən ənənəvi ərəb paltarları da geyinirdilər. 1940-cı ildə isə baş nazir Çerçill Londonda məscidin tikintisi üçün 100 min funt sterlinq pul ayırmışdı.
Lakin tarixçi Vorren Dokter İslama simpatiyasına rəğmən Çerçilin ateist olduğnu düşünür. Onun sözlərinə görə, britaniyalı siyasətçi, xüsusən dindəki qadın hüquqsuzluğuna qarşı çıxırdı: “Çerçil İslam mədəniyyətinə valeh idi və bu XIX əsrdə bir çox ingilisə xas idi”.
1940-cı ildə V. Çerçill müharibədə müsəlman ölkələrinin loyallığını qazanmaq üçün Londonun mərkəzi məscidinin tikintisi planını bəyənib və bunun üçün 100 min funt ayırıb.
Qeyd edək ki, böyük siyasətçi və yazıçı Ser Vintson Leonard Çerçill ikinci dünya müharibəsi zamanı, yəni 1940-1945-ci illərdə və həmçinin 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub.
Çerçil 1953-cü ildə öz əsərlərinə görə “Ədəbiyyat Nobeli Mükafatı”na layiq görülüb.