İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "cajnews" xəbər agentliyinin internet protalına istinadən verdiyi xəbərə görə bu il üçüncü il olaraq ardıcıl şəkildə Fevral ayının 1-də İslami örtük "hicab" haqqında dünyada İslami təşkilatlar tərəfindən müxtəlif proqramlar keçirilir ki, dünya ictimaiyyəti hicabla daha yaxından tanış olsunlar.
Disu Kamur – Nigeriya müsəlmanları işləri mərkəzinin icraçı müdiri, bu barədə dedi: Bu dünya proqramında qeyri-müsəlman xanımları dəvət edirəm ki, bir gün üçün İslami hicabı təcrübə etsinlər.
Nigeriyada daha on İslami mərkəzin həmkarlığı ilə hicabın əhəmiyyəti və Afrikada olan digər dinlərin bir-birilə bağlılığı haqqında müxtəlif proqramlar keçiriləcək.
Bu gün dünyanın 115 ölkəsindən çoxunda müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən "dünya hicab günü" qeyd edildi. Dünyanın müxtəlif yerlərində çox sayda xanımlar, o cümlədən Filippində mindən çox qadın başlarına İslami örtük bağlayaraq küçələrdə yürüş keçirdilər.
Amerika və Avropada müsəlman xanımlar qeyri-müsəlmanlara dini örtüklər hədiyyə edərək onlara hicab örtməyi sınamaqla yanaşı, hicabın fəlsəfəsin də öyrdədirdilər. 2792609