IQNA

İordaniya son 3 gündə İŞİD-ə 56 zərbə endirib

9:24 - February 09, 2015
Xəbər sayı: 2826909
Xarici Şöbə: Son üç gündə İordaniya Hərbi Hava Qüvvələri tərəfindən İslam Dövləti təşkilatının istehkam və təlim düşərgələrinə 56 raket zərbəsi endirilib


İQNA: "Publika.az" xəbər verir ki, bu barədə İordaniya Hərbi Hava Qüvvələrinin komandanı general Mansur əl-Cbour açıqlama verib. “Biz qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Biz onları yer üzündən silməyə hazırlaşırıq”, – general əlavə edib.



İordaniya Hərbi hava Qüvvələrinin zərbələri əsasən Suriyada İŞİD-in paytaxtı sayılan Raqqa şəhərinə endirilir. Lakin konkret hədəflər açıqlanmır.



Qeyd edək ki, iordaniyalı pilot İŞİD tərəfindən diri-diri yandırıldıqdan sonra İordaniya kralı qisas barədə əmr verib.



Publika.az

Teqlər: İordaniya ، İŞİd
captcha