IQNA

QMİ dini komitə ilə birgə müşavirə keçirib

15:43 - March 03, 2015
Xəbər sayı: 2920339
Tehran(IQNA)_ Hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İdarənin mətbuat xidmətndən islamazeri.az-a verilən məlumata görə, hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib.

QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırmış, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli-mənəvi, ənənəvi dini dəyərlərin təbligi və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər.

Görüşdə QMİ sədrinin I müavini Müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunmuş, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

islamazeri.az

Teqlər: qmİ ، dini ، komitə ، əməkdaşlıq
captcha