IQNA

ABŞ-da müsəlmanlara qarşı cinayət

22:59 - March 10, 2015
Xəbər sayı: 2961918
Tehran(İQNA)_ABŞ-ın Texas ştatında İraq əsilli bir müsəlman küçənin ortasında öldürülüb.

Məlumata görə, Texas ştatında yerləşən 36 yaşındaki Əhməd Əl-Cumali  evinin qarşısında vurulub. Üç həftə əvvəl Amerikaya gedən Cumali kimliyi məlum olmayan şəxslərin hücumuna məruz qalıb.

Cinayətlə bağlı kamera görüntülərini araşdıran polis hadisə yerindən uzaqlaşan 4 şübhəlini müəyyən edib. Qeyd edək ki, ABŞ-ın Şimali Karolina ştatında ötən ay 3 müsəlman gənc başlarından vurularaq öldürülmüşdü.

publika.az

Teqlər: texas ، müsəlman ، öldürüldü
captcha