Tehran(IQNA)_Pakistanın Lahor şəhərində kilsələrin birinə silahlı hücum təşkil edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " AzadXeber.az "- ə istinadən veriyi məlumata görə, terror aktını “Taliban” terror qruplaşması həyata keçirib. Hücum nəticəsində azı 6 nəfər dünyasını dəyişib, 50-dən çox insan isə ağır yaralanıb.
Hadisə ilə bağlı açıqlama verən Lahor şəhərinin polis rəisi hücumun insanlarn dua etdiyi zaman edildiyini bildirib. O həmçinin polis əməkdaşları tərəfindən bir neçə kamikadzeni zərərsizləşdirdiklərini açıqlayıb.