IQNA

Hədis ustadları (1)

Əbul-Həsən Əli bin İbrahim bin Haşim Qumi

10:30 - April 07, 2015
Xəbər sayı: 3102178
Dini Elmi Hövzə:Şeyx Kuleyni "əl-Kafi" kitabında 7053 hədisi birbaşa ondan və ya onun əlində olan "üsul"lardan (öncəki səhabələrin 400 civarında olan məşhur və mötəbər əlyazmaları) nəql edib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Dini Elmi Hövzələr qrupu İslam Peyğəmbərinin (s) "Saleh və yaxşı insanlar xatırlanarkən Allahın (c.c) rəhməti nazil olar" hədisini rəhbər tutaraq qərara alıb ki, bundan sonra hər gün şiənin elmi irsində böyük iz qoyub getmiş hədis alimlərindən birini qısa olaraq oxucularına tanıtdırsın. 



Hədis ustadları (1)



Əbul-Həsən Əli bin İbrahim bin Haşim Qumi



Kufədə anadan olub. Qumda yaşayıb. Şiə hədis kitablarında ondan 7140 hədis nəql olunub. Məşhur "Təfsirul-Qumi" əsəri də ona mənsubdur.  



İmam Hadi Əli ən-Nəqi və İmam Həsən Əskərinin (ə) səhabələrindəndir.



Şeyx Kuleyni "əl-Kafi" kitabında 7053 hədisi birbaşa ondan və ya onun əlində olan "üsul"lardan (öncəki səhabələrin 400 civarında olan məşhur və mötəbər əlyazmaları) nəql edib.



Atası Əbu İshaq İbrahim bin Haşim Kufə şiələrinin rəhbəri idi, sonradan Quma köçmüşdü. İmam Rza və İmam Cavad Məhəmməd ət-Təqinin (ə) səhabələrindən olub. Şiə hədis kitablarında ondan 6416 hədis rəvayət olunub ki, bundan 6214 hədis oğlu Əli bin İbrahim tərəfindən rəvayət edilib.



Əli bin İbrahim atası İbrahim və böyük qardaşı İshaqdan əlavə Əbu Davud Sistani və İbn Üqdə kimi bəzi əhl-sünnə hədisçilərindən də hədis nəql edib – (İbn Həcər, "Lisanul-mizan", 4/191).



Əli bin İbrahimin övladları Əbu Əli Əhməd, Məhəmməd və İbrahim atalarının hədislərini yaymışlar. Onlar Şeyx Səduqun (306-381 hq) hədis ustadları sırasındadırlar.    



Rical kitablarında Əli bin İbrahim Qumi üçün 14 kitabın adı keçmişdir:



Ət-təfsir; Ən-Nasix vəl-Mənsux; Qurbul-İsnad; Əl-Məğazi; Əş-Şərayi; Əl-Mənaqib; İxtiyarul-Quran; Əl-Ənbiya; ...  



Doğum tarixi məlum deyil. Hicri-Qəməri tarixi ilə 307 – ci ildə vəfat edib. Qəbri Qumda Həzrət Məsumənin (s) hərəmi yaxınlığında ziyarətgahdır.



Hazrıladı: Mirməhəmməd Bəşir



 

Teqlər: hədis ، kuleyni ، kafi ، əli bin ibrahim
captcha