IQNA

Pakistanda silahlı hücum: 20 ölü, 3 yaralı

14:38 - April 11, 2015
Xəbər sayı: 3123499
Tehran(IQNA)_Pakistanın baş naziri Nəvaz Şərif təcavüzü qətiyyətlə pisləyib və hadisənin qurbanı olan fəhlələrin ailələrinə başsağlığı verib.

IQNA-nın ( Beynəlxalq Quran Xəbər Agentiliyi) islam.az-a istinadən verdiyi məlumta görə, Ötən gecə Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, Turbat rayonunda naməlum silahlı şəxslər Söhrab bəndinin körpüsünün tikintisində çalışan fəhlələrin qaldığı çadırlara atəş açıblar. Nəticədə 20 nəfər ölüb, 3 nəfər yaralanıb.Yaralılar bölgədəki xəstəxanaya qaldırılıblar.

Naməlum silahlılar motosikletlərlə hadisə yerindən qaçıblar. Hələlik heç bir terrorçu qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib. Polis hadisənin səbəblərini araşdırır və cinayətkarları tapmaq üçün istintaq başlayıb.

Teqlər: Pakistanda ، silahlı ، hücum
captcha