IQNA

İslami məzhəblərin alimləri Pakistanda toplaşdılar

8:23 - April 13, 2015
Xəbər sayı: 3133041
Beynəlxalq qrup: Müxtəlif İslam ölkələrinin müxtəlif məzhəblərinin İslam alimləri Pakistanda paytaxtı İslamabadda toplaşaraq "İslami məzhəblər və vəhdət" mövzusunda konfrans keçirtdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-kəfil" dünya xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə İslami məzhəblərin müxtəlif alim və mütəfəkkirlərinin iştirak etdyi "İslami məzhəblər və vəhdət" mövzusunda konfrans keçən Cümə günü, aprel ayının 10-da İmam Hüseyn (ə), Həzrət Abbas (ə) və Kazimeyn (ə) ziyarətgahlarının təşəbbüsü ilə Pakistanın paytaxtı İslamabadın "əl-Kövsər" universitetinin "əl-Mustafa (s)" toplantı zalında keçirilmişdir.



Bu toplantı İmam Hüseyn (ə) ziyarətgahının təşəbbüsü ilə hal-hazırda İslamabadda keçirilməkdə olan "Kərbəla nəsimi" mədəniyyət həftəsinin fəaliyyətləri yönündə baş vermişdir.



İslam məzhəblərindən olan alimlər bu toplantıda müsəlmanların vəhdətinin zəruriliyini vurğulamış və təfriqə və ixtilaflardan uzaq olmalarını istəmişlər.



Toplantıda iştirak edənlər İslam ümmətini Qurana və Peyğəmbər sünnəsinə qayıtmağa dəvət etmiş və bunu İslami ölkələrin çiçəklənməsi və inkişafının əsas amili saymışlar.



Məzhəblərin alimləri radikalizm, ifratçılıq, qantökməyə meyillik, təkfirçilikdən uzaq olmağı və məzhəblərin müşrətək məqamlarında mərkəzləşməyi də müsəlmanlar üçün zəruri və İslam dininin həqiqətlərindən olduğunu vurğuladılar.



Onlar həmçinin vurğuladılar ki, coğrafi bölgülər İslam ümmətinin parçalanmağı üçün üzürlü səbəb sayıla bilməz, müsəlmanlar bundan qorunmalıdırlar, çünki İslam düşmənləri də müsəlmanlara bu yol ilə bir-birinə düşmən etmək istəyir.


Teqlər: İslam ، məhəb ، vəhdət ، pakistan ، İraq ، kərbəla
captcha