IQNA

2050-ci ildə İslam

10:49 - April 26, 2015
Xəbər sayı: 3209061
Tehran(IQNA)_ABŞ-ın beynəlxalq tədqiqatlar mərkəzi olan “Pew Research Center”in verdiyi məluma görə, 2050-ci ildə İslam dini bütün dinləri üstələyəcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) AzadXeber.az-ə “istinadən verdiyi məlumata görə, ABŞ-ın beynəlxalq tədqiqatlar mərkəzi olan “Pew Research Center”maraqlı araşdırma aparıb.
Araşdırmaların nəticələrindən zaman keçdikcə ateistlərin və  özünü Aqnostisizm ideologiyasına aid edənlərin sayıının azalacağı məlum olub. 

Tədqiqatlardan hələ 40 il ərzində xristian dininin çoxsaylı din qrupu olacağı aydınlaşıb. Bununla yanaşı İslama üz tutanların sayının başqa dinlərlə müqayisədə xeyli artacağı bildirilib.

“Pew Research Center” analitik mərkəzinin proqnozlarına görə, 2050-ci ildə artıq İslam dini bütün dinləri üstələyəcək. Avropa əhalisinin təxminən 10 faizini isə müsəlmanlar təşkil edəcəklər. Halbuki 2010-ci il üçün bu rəqəm cəmi 5,9 faiz idi.

Teqlər: müsəlman ، sayı ، çoxalacaq
captcha