IQNA

"Cəfəri Heyəti" mövlud mərasimi keçirdi

11:12 - May 04, 2015
Xəbər sayı: 3252759
Tehran(İQNA)_"Cəfəri Heyəti"nin yaranmasında 12 il ötür. Heyətin ildönümü İmam Əlinin (ə) mövludu ilə eyni günə təsadüf edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Heyət Şah Hüseyn məscidində bununla bağlı mövlud mərasimi keçirib.

Heyətin məclisində ilahiyyatçı Hacı Taleh Abbasov çıxış edib, Kərbəlayi Mənsur İmam Əlidən (ə)  bəhs edən şerlər oxuyub, mədhiyyələr səsləndirib.

Məlumatda qeyd olunur ki, bayram münasibəti ilə məclis iştirakçılarına müxtəlif hədiyyələr verilib.

Teqlər: cəfəri ، Heyəti ، mövlud ، mərasimi
captcha