İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə cari ilin İyun ayının 4-dən 10-dək Türkiyədə keçiriləcək Beynəlxalq Quran Yarışlarında İran İslam Respublikasından Əbuzər Kərəmi və Həbib Sədaqət Quran qiratəi və hifzi ixtisası üzrə iştirak edəcəklər.
Türkiyə bu il ilk dəfə idi ki, öz ölkəsində keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün İrana dəvətnamə göndərərək bu yarışlara peşəkar Quran qarisi və hafizi ezam etməsi barədə dəvət etmişdir.
Türkiyə ezam olunan Həbib Sədaqət Tehran əyalətinin məşhur qarilərindən sayılır ki, İran milli Quran yarışlarında 6-cı yeri əldə etmidşir. Əbuzər Kərəmi isə Quran-Kərimin hafizidir və İran universitet tələbələrinin yarışlarında birinci yeri qazanmışdır. Həmçinin o, İranın 37-ci milli Quran yarışlarında 4-cü yeri qazanmışdır.