IQNA

ABŞ-da 30 min müsəlmanın qatıldığı konfrans keçirilib

11:25 - May 27, 2015
Xəbər sayı: 3308369
Tehran(İQNA)- ABŞ müsaəlmanları Baltimor şəhərində "Həzrət Muhəmmədin (s) anılması və rəhmət peyğəmbərinin ümumdünya müraciətinin tanınması" adlı konfrans təşkil ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) islam.az-a istinadla verdiyi xəbərə göre, Dünyanın əksər ölkələrindən dəvət olunmuş 140 natiq İslam  peyğəmbəri Həzrət Muhəmməd (s)  haqqında çıxışlar edib. Ümumilikdə konfransda 30 min müsəlman iştirak edib.
 

Qeyd edək  ki, bu ənənəvi konfrans ABŞ-da müsəlmanlar tərəfindən təşkil edilən ən böyük tədbirdir. Konfrans çərçivəsində Quran müsabiqəsi, camaat namazı, islami məhsullar sərgisi, gənclər konfransı, təlim emalatxanaları və uşaq əyləncələri təşkil edilir.

Teqlər: abş ، 30 ، min ، müsəlman ، konfrans
captcha