IQNA

Ailəsi Şeyx Nimrlə görüşüb

10:40 - May 31, 2015
Xəbər sayı: 3309484
Tehran(İQNA)- Səudiyyə Ərəbistanında edama məhkum edilmiş Şeyx Baqir Nimrin ailəsi onunla görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Şeyx Baqir Nimrin qardaşı Məhəmməd Nimr Səud rejimi tərəfindən edama məhkum edilən qardaşı ilə görüşdüyünü bildirib.

Görüş zamanı şeyx Nimr Qətifdə partladılan İmam Əli (ə) məscidində həyatını itirənlərin ailəsinə baş salığı verərək, Allahdan onlara səbr, yaralılara isə şəfa diləyib. O, bölgənin nüfuzlu şəxsiyyətlərindən xalqla əlaqələrini möhkəmləndirmələrini və ixtilafları aradan aparmalarını istəyib. Şeyx Nimr cavanlardan ictimai asayişi qoruyan qanunları pozmamalarını xahiş edib. O, həmçinin qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı da tövsiyyələr verərək, bu ayda bizə pislik edənlər üçün xeyirli dualar etməyin lazım olduğunu qeyd edib.

Teqlər: Ailəsi ، şeyx ، Nimrlə ، görüşüb
captcha