IQNA

İmam Xomeyninin (r.ə) ildönümündə 1 milyon 300 min zəvvar iştirak edəcək

7:30 - June 03, 2015
Xəbər sayı: 3310752
İctimai şöbə: Baş komandir Kazimeyni bu il İmam Xomeyninin (r.ə) vəfatının ildönümündə Yəmən döyüşçülərinin və qazilərinin də iştirak edəcəyinə işarə edərək dedi: Bu il İslam İnqilabının dahi rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının ildönümündə 1 milyon və 300 min zəvvar iştirak edəcək ki, bunlardan 3 min nəfəri xarici qonaqlardırlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Xomeyninin (r.ə) vəfatının 26-cı ildönümü mərasiminin icrası komitəsinin informasiya şöbəsinin məsulu və daxili qoşunların "Məhəmməd Rəsulullah (s) bölüyü"nünvbaş komandiri Kazimeyni "Şəhid Fəhmidə Qərargahı"nın mətbuat iclasında bu il (04.06.2015) İmam Xomeyninin (r.ə) vəfatının il dönümündə xüsusi yeniliklərin olacağına, nüvə məsələsi və region hadisələri kimi məsələlərin qabardılacağına və Yəmən döyüşçülərinin və qazilərinin də iştirak edəcəyinə işarə edərək dedi: Bu il İslam İnqilabının dahi rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının 26-cı ildönümündə 1 milyon və 300 min zəvvar iştirak edəcək ki, bunlardan 3 min nəfəri xarici qonaqlardırlar. Həmçinin İmam Xomeyninin (r.ə) hərəminin əsas "səhni" (geniş həyət) istifadəyə veriləcək və bu "səhn"nin açılış mərasimi həftənin 4-cü günü keçiriləcəkdir.



O əlavə etdi: Hər il bu mərasimdə ölkənin müxtəlif şəhər və əyalətlərindən bir milyon üç yüz min nəfər insan iştirak edir.



O vurğuladı: Keçən il bu mərasimdə iştirak edənlərin 60%-i İnqilabın 3-cü nəsli sayılan cavanlar idilər.



Kazimeyni dedi: Tehranda zəvvarlar üçün 188 yerdə məskunlaşmaq imkanları yaradılmışdır. Qatarlardan əlavə 18 min avtobus karvanı da zəvvarların şəhərlərdən daşınması üçün tədarük görülmüşdür.



Baş komandir əlavə etdi: Bu il mərasimdə xaricdən 3 min nəfər qonaq iştirak edəcək. Bu qonaqlar əsasən Pakistan, Fələstin, Misr, Livan, Ərəbistan, Yəmən və regionun digər ölkələrindəndirlər.



Qeyd edək ki, İran İslam İnqilabının dahi rəhbəri həzrət Ayətullah Üzma Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının il dönümü mərasimi həfətnin cüməaxşamı günü, İyun ayının 4-də keçiriləcəkdir.



3310482 

captcha