IQNA

Misirdə turistik məkanda terror aktı baş verib

18:04 - June 10, 2015
Xəbər sayı: 3313120
Tehran(İQNA)- Misirin ən məşhur turist məkanı olan Luksor şəhərində yerləşən Karnak məbədi yaxınlığında terrorçu kamikadzelər terror hücumu təşkil edib. Terror nəticəsində iki terrorçunun öldüyü bildirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) islamazeri.az-a istinadən verdiyi xəbərə göre, Karnak məbədində gələn turusitlərə qarşı törədilən terror hücumu nəticəsində terrorçuların ikisi də idarə etdiyi avtomobilin partladılması nəticəsində məhv olub, bir terrorçu yaralı olaraq ələ keçirilib, 1 polis işçisi isə yaralanıb. Karnak məbədində olan turistlərin zərər çəkmədiyi bildirilir.


Bundan əlavə, Misir polisi iki intihar hücumunun qarşısını aldığını bildirir. Qeyd edək ki, Misir turistik şəhəri olan Luksorda sonuncu dəfə 1997-ci ildə terror aktı baş vermişdi, o zaman terrorçuların açdığı atəş nəticəsində 58 turist həlak olmuşdu.

Teqlər: misir ، turistik ، mekan ، terror
captcha