IQNA

Küveyt şiələrinin məscidində İŞİD terrorunda 27 şəhid

12:22 - June 27, 2015
Xəbər sayı: 3319979
Beynəlxalq şöbə: Dünən, Cümə günü, "əl-Məyadin" peyk TV kanalının verdiyi xəbərə görə Küveyt şiələrinin İmam Sadiq (ə) adına məscidində terror hadisəsi baş verib. "əs-Səvabir" məntəqəsi məscidin də baş verən terror partlayışında onlarla şəhid olanlar və yaralananlar vardır.


İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) "əl-Məyadin" peyk TV kanalının rəsmi xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə keçən Cümə günü, Küveyt şiələrinin İmam Sadiq (ə) adına məscidində terror hadisəsi baş verib. Küveytin "əs-Səvabir" məntəqəsi məscidində İŞİD ünsürləri tərəfindən həyata keçirilən terror partlayışında onlarla şəhid olanlar və yaralananlar vardır.



Verilən xəbərə görə terrorist ünsür özünü Cümə namazının axırıncı rəkətində partladıb. Bu terror hücumunda şəhidlərin sayı 27 nəfərə çatıb. Xəbərlərə görə 227 nəfərdən çox namazqılan isə yaralanıb. Bu barədə Küveytin Səhiyyə Nazirliyi hesabat verib. Həmçinin xəbərlərdə deyilir ki, Küveytin parlament nümayəndələrindən biri də bu hadisədə yaralanıb və iki iranlı vətəndaş isə şəhid olub.



3318477

Teqlər: küveyt ، terror ، İŞİd ، məscid
captcha