İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "ən-Nəşrə" xəbər və informasiya agentliyinin internet portalına istinadən verdiyi xəbərə görə Küveytin Nazirlər Şurası bu günü, şənbə gününü, ölkənin "əs-Səvabir" regionunda yerləşən və şiələrin ibadət ocağı sayılan İmam Sadiq (ə) adına məsciddə dünən, Cümə namazında baş verən, 27 nəfərin şəhid olması və 227 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi münasibəti ilə ümumi əzadarlıq elan etdi.
Küveytin milli neft şirkətinin rəsmi sözçüsü Xalid əl-Əsusi bu xəbərlə bağlı deyib: İmam Sadiq (ə) adına məsciddəki terror hadisəsindən sonra ölkənin neft təsisatı sistemində təhlükəsizlik tədbirləri gücləndirilib. Əlbəttə bu təhlükəsizlik tədbirləri daha öncədən öz işinə başlamışdı. Amma son terror hadisəsinə görə bu tədbirlər daha da gücləndirildi.
O deyib: Dünənki Cümə namazında terror nəticəsində 27 nəfər ölüb və 222 nəfər yaralanıb. Bu hadisənin məsuliyyətini İŞİD öz öhdəsinə götürmüşdür. Bu, işidin Küveytdəki ilk terror əməliyyatıdır.