IQNA

Ayətullah Həmədani:

"Vəhhabiliyin imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur"

12:31 - July 25, 2015
Xəbər sayı: 3333821
Tehran(IQNA)- Ayətullah Hüseyn Nuri Həmədani Bəqidə imamların qəbirlərinin dağıdılmasının ildönümü ilə bağlı müraciət yayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, mərcəi təqlid müctehidlərindən olan Ayətullah Hüseyn Nuri Həmədani Bəqidə imamların qəbirlərinin dağıdılmasının ildönümü ilə bağlı müraciətində deyib: "Təxminən 90 il öncədən təkfirçi vəhhabilik firqəsinin Bəqidə məsumların qəbirlərini dağıtdıqdan, Mədinə məscidində alçaq cinayətlər törətdikdən, Kərbəlada qanlar axıtdıqdan və islam abidələrini dağıtdıqdan sonra öz azğın əqidələrini nümayiş etdirdilər.

Hər il bu böyük müsibətin xatirəsi müsəlmanların ürəyində yenilənir. 1344-cü hicri qəməri ili 8 şəvvalda Məkkənin işğalından sonra vəhhabilər Əbdüləziz Bin Səudun başçılığı ilə Mədinəyə doğru hərəkət etdilər və şəhəri mühasirəyə alaraq onun müdafiəçiləri ilə döyüşdən sonra Mədinəni işğal etdilər, Osmanlı məmurlarını şəhərdən çıxardılar və məsumların qəbirlərini və digər qəbirlər, o cümlədən əziz peyğəmbərin (s.ə.s) oğlu İbrahim, o həzrətin həyat yoldaşları və atasının qəbrini dağıtdılar."

captcha