IQNA

Ayətullah Əraki "müqavimət alimləri dünya birliyi"nin iclasında:

Alimlər İslami vəhdətə dəvət edənlərin öncülü olmalıdırlar

10:33 - July 29, 2015
Xəbər sayı: 3336551
Xarici şöbə: "İslami Məzhəblərin Yaxınlaşması Dünya Birliyi Təşkilatı"nın baş katibi Ayətullah Əraki "müqavimət alimləri dünya birliyi"nin ilk iclasının açılış mərasimində vurğuladı: "İslam alimləri müsəlmanları vəhdətə və birliyə dəvət edənlərin önündə durmalı və bu müqəddəs işdə öncül olmalıdırlar".


İQNA – nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) "təqrib xəbər agentliyi"nin rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə Ayətullah Mösün Əraki -"İslami Məzhəblərin Yaxınlaşması Dünya Birliyi Təşkilatı"nın baş katibi və "müqavimət alimləri dünya birliyi" təşkilatı rəisinin müavini, Livanın paytaxtı Beyrutda keçirilən "müqavimət alimləri dünya birliyi"nin ilk iclasının açılış mərasimində çıxışı zamanı vurğuladı: "Allah – Taala insanlardan əhd alıbdır ki, Allahdan, Peyğəmbərindən itaət etsinlər, ədalətin bərqərar olmasında çalışsınlar, haqqa kömək olsunlar və "tağut"la (zalimlər, imperialistlər) mübarizə aparsınlar.



O dedi: "İslam alimləri müsəlmanları vəhdətə və birliyə dəvət edənlərin önündə durmalı və bu müqəddəs işdə öncül olmalıdırlar. Biz alimləri bura dəvət etmişik ki, onlar bu İlahi əhdin reallasşması üçün insanlara kömək etsinlər. Bu ilahi vədəni həqiqətə çevirsinlər".



Ayətullah Əraki vuruladı: Allah – Taala və Rəsuluna itaət etmək, haqqa köməkçi olmaq, ədaləti bərqərar etmək, məzlumları müdafiə etmək və bütün bunları təkid və kəskinliklə davam etdirmək İslam alimlərinin əsas vəzifəsidir".



3336271

Teqlər: iran ، livan ، suriya ، vəhdət ، fələstin
captcha