IQNA

Baş nazir:

Mərcəiyyətin tövsiyələrinə sadiqəm

10:42 - August 09, 2015
Xəbər sayı: 3340402
Tehran(İQNA) - İraqın baş naziri İraqda yaranan etirazlarla bağlı mərcəiyyətin etirazlarına münasibət bildirib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İraqın baş naziri Heydər Cavad Kazim əl-İbadi mərcəiyyətin tövsiyyələrinə tam sadiq olduqlarını vurğulayıb. Əl-İbadi bu barədə bildirib: “Ölkə mərcəiyyətinin xalqın istək və tələbatlarını qarşılamaq üçün verdiyi hər bir tövsiyəsinə sadiq olduğumu bildirirəm. Ölkədə islahatların baş verməsi üçün layihələr hazırlanır və icrası üçün əlimizdən gələni edəcəyik. Siyasi qruplardan bu layihələrin baş tutması üçün həmkarlıq etmələrini istəyirəm.”

Qeyd edək ki, İraqın paytaxtı Bağdad şəhərinin əhalisi dünən korrupsiya, işsizlik və bərbad elektrik enerjisi təminatına qarşı küçələrə çıxıb. Minlərlə insan isti hava şəraitində Təhrir meydanına toplaşıb. Etirazların böyüdüyünü görən İraqın nüfuzlu müctəhidi, məracei təqlid Ayətullah Seyid Əli Sistani məsələyə qarışıb. O, İraqın baş naziri Heydər əl-Abadini problemi dərhal həll etməyə çağırıb.

captcha