İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Mərkəzi Asiya şöbəsi müxbirinin verdiyi xəbərə görə, Qadir Malikov - Qırğızıstanın dini-məzhəbi məsələləri üzrə siyasi icmalçısı və dini - siyasi məsələlər üzrə mütəxəssis, İŞİD – in qırğızlara xitabən internetdə yayımladığı qısamüddətli videoçarxın barəsində dedi:
Qırğız xalqına xitabən yayılan bu müraciət axırıncı olmayacaqdır, yaxən gələcəkdə bunların davamı və yeni videoçarxlar da olacaq. Qırğızlara xitabən ilk videogörüntülərin yayılması dəlalət edir ki, artıq İŞİD terrorist qruplaşması özü üçün Qırğızıstanda da sosial baza düzəldə bilmiş, burada məlumat mənbəyi vardır və təşkilatlanmışdır. İŞİD ilə mübarizə üçün əsas güc böyük Qırğız xalqının milli vəhdəti qorumasıdır.
Malikov İŞİD terroristlərinin yeni videoçarxlar yayacağını vurğulayaraq dedi: Onlar bununla İŞİD – in Qırğızıstandakı nüfuzunu çoxaltmaq və tərəfdarlar toplamaq istəyirlər. Ola bilsin ki, təkfirçi terroristlər yaxın gələcəkdə Qırğızıstan dövləti və xalqı əleyhinə “cihad” hökmü də elan etsinlər.
Qırğızıstanın dini-məzhəbi məsələləri üzrə siyasi icmalçısı və dini - siyasi məsələlər üzrə mütəxəssis Malikov ölkəsinin vətəndaşlarının İŞİD – dən qorxması üçün bir səbəbin olmamasını və vəziyyətin kontrolda olduğunu vurğulayaraq dedi: İŞİD ilə mübarizə üçün əsas güc böyük Qırğız xalqının milli vəhdəti qorumasıdır. Və bu gün insanları dindar və dinsizə, mömin və kafirə bölmək olmaz.