IQNA

Nəcəfin Cümə namazı xətibi İQNA ilə müsahibəsində:

“Ümumdünya Əhl-Beyt (ə) Birliyi” iclasının ismarıcı İranın müsəlmanlara qayğısıdır

9:47 - August 17, 2015
Xəbər sayı: 3345054
Beynəlxalq şöbə: “Ümumdünya Əhl – Beyt (ə) Birliyi”nin altıncı ümumi iclasının dünya üçün ən mühüm ismarıcı budur ki, İran İslam Respublikası hətta dünyanın böyük imperialist qüvvəsi ilə nüvə enerjisi barədə razılaşmasından sonra da İslam dünyasının və müsəlmanların qayğısını çəkir, onların problemlərini öz problemi bilir.


İQNA: Seyyid Sədruddin Qəbançi – İraqın Nəcəf şəhərinin Cümə imamı və İraqın Ali İslami Məclisinin rəhbərlərindən biri, Tehranda “Ümumdünya Əhl – Beyt (ə) Birliyi”nin altıncı ümumi iclasının haşiyəsində İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində dedi: Bu iclasın dünya müsəlmanlarına, xüsusilə də cavanlara mühüm ismarıcları var. Bu iclasın İranda keçirilməsi müsəlmanlara ismarıc verir ki, İran İslam Respublikası hətta dünyanın böyük imperialist qüvvəsi ilə nüvə enerjisi barədə razılaşmasından sonra da İslam dünyasının və müsəlmanların qayğısını çəkir, müsəlmanların böhranlarının həllində çalışır, onları unutmur, onların problemlərini öz problemi bilir.



Seyid Qəbançı əlavə etdi: Bu iclasın belə bir böhranlı zamanda, düşmənlərin fitnə və təfriqə yaratmaq üçün çalışdığı bir dövrdə keçirilməsi, müsəlmanlar arasında vəhdətin və təqribin zəruriliyini bir daha təsdiqləyir. Bu gün müsəlmanların böhranının həlli üçün ən əlverişli və zəruri olan yol İslam ümmətinin birləşməsi və xırda-para ixtilafları kənara qoymaqdır. Bu gün müsəlmanları parçalayan və təkfir edən İŞİD, əl-Qaida, ən-Nüsrə və Buko-Haram kimi terrorist ünsürləri və qoxulu cərəyanları müsəlman cavanlara tanıtdırmaq bir zərurətdir.



Qəbançi vurğuladı: Bu gün İran müsəlmanların vəhdəti və məzhəblərin yaxınlaşması məsələsində mühüm rol oynayır və İslam İnqilabı həmişə bu yolun himayəçisidir.  



Qeyd edək ki, bu iclas həftənin şənbə günü İran prezidentinin iştirakı ilə öz işinə başlamışdır və dörd gün davam edəcəkdir. İclasda 130 ölkədən 700 qonaq iştirak edir. Şeyx Nəim Qasim – Livan Hizbullahının baş katibi müavini, Nuri əl – Maliki – İraqın baş naziri, Seyi Əmmar Həkim və digər mühüm şəxsiyyətlər bu iclasın qonaqlarıdırlar.



3344890

Teqlər: iran ، təqrib ، vəhdət ، şiə ، sünni
captcha