Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi məlumatına görə, Danimarkanın ikinci böyük partiyası sayılan Danimarka Xalq Partiyasının sabiq deputatı 79 yaşlı Mogens Camre, keçən il sosial şəbəkədə yazdığı müsəlmanlara təhqir ehtiva edən mesajına görə irqçilikdə təqsirkar bilinərək 8 min kron pul cəzası ilə cərimələnib.
Danimarka Xalq Partiyasının sədr müavini Sören Espersen, Camrenin təqsirkar sayılmasının partiyadakı gələcəyinə təsir etməyəcəyini deyib. Espersen, Camrenin mesajı silib narahatçılığını dilə gətirdiyini açıqlayıb.