IQNA

Fransada məscid yandırıldı

9:43 - August 25, 2015
Xəbər sayı: 3351175
Tehran(İQNA) - Fransanın Auc şəhərində eyni adlı məsciddə yanğın hadisəsə baş verib. Məscid naməlum şəxslər tərəfindən qəsdən yandırılıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla verdiyi xəbərə görə, Naməlum şəxslər məscidi benzinlə yandırıblar. 70%-i yanan məscidin kimlər tərəfindən yandırılması polis tərəfindən araşdırılır. Hadisə ölkədə böyük səs- küyə səbəb olub. Fransa prezidenti Fransua Olland baş vərən hadisə ilə bağlı açıqlama verib.Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib.

“Məscidə qarşı edilən hücum dəyərlərimizə edilən açıq bir təhdidir. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır.” – deyə Yelisey Sarayından verilən açıqlamada bildirilir.

Ümumilikdə son dövürlərdə Fransa daxil olmaqla Avropanın əksər ölkələrində müsəlmanlara qarşı münasıbət birmənalı deyil. Bəzi Avropa ölkələrində ya hicab qadağan edilib ya da ki, minarəli məscidlərin tikilməsinə icazə verilmir. Bu isə Avropa cəmiyyətində islamfobiyanın artmasından xəbər verir.

Teqlər: fransa ، məscid ، yandırıldıı
captcha