IQNA

İstanbulda "İmam Əli" məscidinin işığı yenidən kəsilib + FOTO

10:47 - August 26, 2015
Xəbər sayı: 3351747
IQNA - (Tehran): İstanbulda şiələr "İmam Əli (ə)" məscidinin işığının kəsilməsinə etiraz etdilər.


İQNA – (Beynəlxalq Quran Xəbər Agentliyi): "İslamazeri.az"-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, İstanbulda Bağcılar rayonunda "İmam Əli (ə)" adında olan məscidin işığı kəsilib. Buna etiraz olaraq çox sayda müsəlman məscid önünə cəm olublar. Onlar Dövlətin Dini İşlər idarəsinin şiə məscidlərini özünə bağlama istəyinə etiraz edərək məscidin də işığının söndürülməsini bununla əlaqələndiriblər. Qeyd edək ki, Türkiyə Diyanəti  (Dini İşlər idarəsi) bir müddətdir ki "İmam Əli (ə)" məscidini özünə bağlamaq üçün müxtəlif addımlar atmaqdadır. İyul ayında bu rayonun müftisi "Ya bizə bağlanacaqsız, ya da İrana köçün" deyərək ölkədə dini-məzhəbi ayrıseçkiliyə imza atmışdı.



 

captcha