IQNA

Cümə imamı:

Düşmənin məqsədi milləti inqilab ruhiyyəsindən salmaqdır"

12:44 - August 29, 2015
Xəbər sayı: 3353639
Tehran(İQNA) - Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazım Siddiqi, "Düşmənin məqsədi milləti inqilab ruhiyyəsindən salmaqdır" deyib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazım Siddiqi olub. O, sözlərinin əvvəlində ölkənin Ali Dini Liderinin nüvə müzakirələri barədə verdiyi açıqlamalara toxunaraq belə bildirib:

“Rəhbərimizin müzakirələr zamanı bildiriyi hikmətli nəsihətlər hər zaman yerində olub. Elə bu xəbərdarlıq və nəsihətlərin nəticəsidir ki, dövlət müzakirələri bir yerə çıxara bildi. Bu təqdirəlayiq addımdır. Düşmən istər sanksiyalar, istərsə də razılıq zamanı ölkəmizə nüfuz etmək barədə düşünüb. 6 il öncə ölkədə baş verən fitnədə yaranan iki cəbhəliyin eynisini yenidən yaratmaq niyyətindədirlər. Düşmən mədəni baxımdan heç vaxt fəaliyyətini dayandırmayıb və bu gün də bu fəaliyyət davam edir. Onların hədəfi milləti inqilab ruhiyyəsindən, imamın (r) sözlərindən, küfrün əleyhinə olan duruşlarından və şəhadət ruhiyyəsindən uzaq saxlamaqdır. Bu gün onlar müxtəlif zorakılıqlara əl atır və mehr, məhəbbət, məntiq, ağıl və vəhy dini olan islamı tam əks bir din olaraq nümayiş etdirmək istəyirlər. Biz əməli surətdə İŞİD-in müqabilində dursaq da, ABŞ və Qərb mədəni baxımdan İŞİD-in işini görməkdədir. Ölkə rəsmiləri razılıq baş tutub deyə ABŞ-ın siyasətinin dəyişəcəyini sanmasınlar. Onlar insan qatili, ciyər yeyən və bizim dövləti aradan aparmaq istəyən vəhşidirlər. Onların hədəfi bəşərin olduğu cəmiyyətdən mənəviyyatı silməkdir.”

Sözlərinin davamında Yəmən və Fələstin böhranına da toxunan cümə imamı belə danışıb: “Yəmən məsələsi acı məsələdir. Oğruların və təcavüzkarların dəstəkləyicisi olan BMT sanki bu məsələdə yatıb, sadəcə tamaşa edir və bir millət Ali-Səudun hücumları nəticəsində çabalayır. Sionist İsrail rejiminin, İngiltərə və ABŞ-ın hədəfi ölkəmizi parçalamaqdır. İslam ümmətinin əsas məsələsi Fələstin mövzusudur. Bunu əsla unutmamalıyıq. Çünki bölgənin fəsad anası sionist İsrail rejimidir. Sionizm problemi həll olarsa İŞİD və digər problemlər də həll olacaq.”

captcha