IQNA

Britaniyalı "tarixçi"lərin axmaq iddiaları:
23:39 - September 01, 2015
Xəbər sayı: 3357105
Beynəlxalq qrup: Bir-neçə ingilis tarixçisi iddia ediblər ki, Birmengam (Birmingham) universitetində tapılmış ən qədim əlyazma Quran nüsxəsi sayılan vərəqlər İslam peyğəmbəri (s) həzrət Məhəmməddən (s) öncə yazılıb!


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İngiltərənin "dailymail" qəzetinin rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə, bir müddət öncə Britaniyanın Birmenqam universitetinin kitabxanasında çox qədim bir əlyazma Quran nüsxəsinin vərəqlərinin arasında başqa bir əlyazma nüsxə olan Quran – Kərim vərəqləri tapılmışdı ki, bu vərəqlər hicrətin ilk əsrinə aid edilmişdi.



Bu əlyamza vərəqlər heyvan dərisi üzərinə və Hicaz rəsmxətti ilə yazılmışdı  ki, bu da ərəblərin ilk yazı şivəsi olmuşdur.



"OXFORD" universitetində "radyo karbon" analizlərindən sonra elan olunuşdu ki, bu nüxsə Quran – Kərimin dünyada mövcud olan ən qədim əlyazma nüsxəsidir.



Amma iş burada bitmədi. Təzlikcə Tam Halend və Keyt Esmal adlı iki ingilis "tarixçi"si iddia ediblər ki, bu Quran nüsxəsinin İslam peyğəmbərindən (s) əvvəl yazıldığı ehtimalı da vardır. Buna əsasən ola bilsin ki, Quran İslamdan öncə olmuş və müsəlmanlar bunu yenidən öz prinsiplərinə əsasən düzəliş verərək yazıblar. Bu da Quranın nazil tarixini, İslam peyğəmbərini və səhabələri şübhə altına alır.  



Qeyd edək ki, bu Quran nüsxəsi isbat edəcəyi tək bir şey var: Quran – Kərim peyğəbərə nazil olduğu kimi də bu günümüzə gəlib çatmışdır və bu da düşmənləri bərk narahat edir!



Birmenqam universitetində dərs deyən müsəlman alim, professor Nadir Dinşa deyir:  Bu vərəqlər heyvan dərisi üzərində yazılmışdır. Araşdırmalar göstərir ki, dərisindən istifadə olunmuş bu heyvan Peyğəmbərin zamanında və ondan çox az fasilə ilə sonra diri olmuşdur.



http://iqna.ir/fa/News/3354527

Teqlər: quran ، nüsxə ، qədim ، hicaz ، xətt
Ad:
E-poçt:
* Comment:
* captcha: