İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ryutezr" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Cümə günü (18 sentybar 2015) Məkkə şəhərində dağ sürüşməsi hadisəsi zamanı bir qadın və bir kişi ağır yaralanmışdır.
"Bətah Qüreyş" regionunda yaşayış mənzillərindən birinin üstünə sürüşən dağdan ayrılmış daş parçları həmin evdə yaşayan bir qadın və bir kişinin ciddi yaralanmasına səbəb olmuşdur. Hadisə bir yaşayış binasının uçulub dağılması ilə nəticlənib. Yaralanmış iki nəfər zərərçəkən Məkkə şəhərinin xəstəxanlarından birində yerləşdirilib.
Hadisənin baş verməsinin səbəbləri barədə tədqiqat aparılmağa başlayıb.
Məkkə şəhərində Həcc ayinlərinin yetirilməsi zamanı ötən qanlı Cümə hadisəsindən sonra Ərəbistan dövlətinə qınaq və tənqidlərin sayı çoxalmaqdadır.
Həcc ayinləri keçirilən zaman qaldırıcı kranın aşması və zəvvarların yerləşdiyi hotellərdən birində yanğın çıxmasından sonra müxtəlif müsəlman ölkələrinin mütəxəssisləri və siyasi insanları bildiriblər ki, Səud dövləti ayinlərin icrasını idarə etməkdə bacarıqsızdır.