IQNA

Möhsün Qiraəti:

"Kəbə kiminsə şəxsi əmlakı deyil"

10:08 - October 07, 2015
Xəbər sayı: 3382670
Tehran(İQNA) - Ustad Qiraəti, Məkkə’deki faicə ilə bağlı başsalığı verərək, bu hadisənin heç vaxt unudulmayacağını söyledi.

İQNA’nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, ustad Qiraəti faicə ilə bağlı başsalığı verərək deyib: “Biz bu gün Quran dərsləri keçmək üçün toplaşmışıq, lakin bir sıra əzizlərimiz Mina hadisəsində həyatını itirmiş şəxslərin dəfni ilə məşğuldur. Quran Məkkədə məkkəlini və qeyrilərini bir hesab edir. Beləliklə Kəbə kiminsə şəxsi malı deyil.

Məkkə təhlükəsizlik məkanıdır və hətta qatillər belə ora pənah aparırlar. Qurana əsasən Kəbənin idarəçiliyi təqvalı bir qrupa aid olmalıdır, yalnız İsrailin razı olduğu Səud rejiminin yox! Məscidul-haramda heyvan və həşəratların belə öldürülməsinə icazəmizin olmadığı halda, Ali-Səud bu cinayəti necə törədə bildi? Bu hadisə heç vaxt unudulmayacaq.”

Teqlər: kəbə ، kiminsə ، şəxsi ، əmlaki ، deyil
captcha