IQNA

Bəhreynlilər paytaxt Manamanın əsas küçələrini bağladılar

9:34 - November 03, 2015
Xəbər sayı: 3438893
Tehran(İQNA) - Bəhyreynli inqilabçı kütlə "Kərbəla Qəzəbi" adı altında yürüş keçirib.

İQNA, İslamazeri.az-a istinadla xəbər verir ki, iki gün öncə paytaxt Manamada təhlükəsizlik sessiyasının başlaması ilə birlikdə Bəhreyn inqilabçı xalqından bir qrup şəhərin əsas küçələrini bağlayıb.
 

Dünən isə həmin qrup Manamanın magistral yollarında "Kərbəla Qəzəbi" adı altında yürüş həyata keçirərək şəhərin əsas küçələri və dörd yolu, o cümlədən 14 Fevral küçəsini tamamilə bağlayıb.
 

Bu yürüş Bəhreyn təhlükəsizlik qüvvələrinin Aşura əzadarlarına hücum edərək İmam Hüseyn (ə) və Kərbəla ilə bağlı bütün plakat və afişaları yığışdırmasına cavab olaraq təşkil edilib.
 

Xatırladaq ki, Ali-Xəlifə rejimi Məhərrəm ayının başlaması və xalqın Aşura münasibətilə matəm mərasimləri keçirməsindən sonra dini mərasimlərə hücum edərək Aşura və İmam Hüseynlə (ə) bağlı bütün afişa və plakatları toplamış, bundan başqa, məddahlardan 14 nəfəri həbs etmişdi.

captcha