IQNA

11:54 - November 08, 2015
Xəbər sayı: 3444693
Tehran(İQNA) - Səhər saatlarında Botkyrka ərazisindəki məscidə gələn Stokholm polisi həyət və məscidin konfrans zalına yaratdığı ekspozisiyalar ilə təşkilatı tanıdıb.

Polislər vətəndaşlarla bir-bir maraqlanıb. İsveç dilini bilməyənlərə isə türkcə və ərəbcə danışan təşkilat üzvləri yardımçı olub.

 Cümə xütbəsindən sonra Botkyrka Polis rəisi Erik Akerlund söz alaraq qısa çıxış edib. Müsəlman vətəndaşların təhlükəsiz şəraitdə yaşaması üçün əllərindən gələni etdiklərini bildirən Akerlund, hər hansı bir sıxıntı və ya problemi olanlardan polis təşkilatlarına rahat şəkildə müraciət etmələrini istəyib.

Akerlund açıqlamasında İsveçli müsəlmanlarla daha yaxından əlaqə qurmaq istədiklərini və bu üzdən də hər il Polis Gününün bir hissəsini də Fittja məscidində keçirdiklərini qeyd edib. İsveçli müsəlmanlar və polis arasında səmimi əlaqələr qurulduğuna diqqət çəkən Akerlund, "hər il bu təşkilatçılığı edərək, müsəlman vətəndaşlarımızın yanında olduğumuzu hiss etdirməyə çalışacağıq", - deyib.

Maide.az

Teqlər: İsveç ، Polis ، Günü ، məsciddə ، qeyd ، olunub
Ad:
E-poçt:
* Comment:
* captcha: