IQNA

16:43 - November 13, 2015
Xəbər sayı: 3447670
Tehran(İQNA) - Avstraliya höküməti ölkədə fəaliyyət göstərən 6 İslam mkətəbini “zəif idarəçilik və maliyyə təsərrüfatı, habelə fundamental təlimlər keçmək” bəhanəsi ilə Federal büdcədən məhrum etməklə təhdid etdi.

Avstraliyanın Təhsil naziri Senator Simon Birmingham bugün, 13 noyabrda yaydığı açıqlamada bildirib: Əgər ölkədəki 6 İslam məktəbi öz fəaliyyətlərini Federal təhsil qanunları və tələbləri ilə uyğunlaşdırmasalar, onlara ayrılan dövlət büdcəsinin kəsilməsi ilə üzləşəcəklər.

Avstraliya İslam Şuraları Federasiyasına bağlı olan bu 6 məktəbin adları aşağıdakılardır: Brisban İslam Kolleci, Melborn İslam Kolleci, Cənubi Avstraliya İslam Kolleci, Kanberra İslam Məktəbi, Langford İslam Kolleci və Kral Fəhd adına İslam Kolleci. Hal-hazırda bu məktəblər Mərkəzi və Federal hökümətdən bütövlükdə 45 milyon dollar maliyyə yardımı alırlar.

Senator Birmingham deyib: Aparılan yoxlama və müşahidələr nəticəsində məlum olub ki, həmin məktəblər idarəetmə və maliyyə baxımından ölkənin təhsil qanunlarına əməl etmirlər.

O əlavə edib: Avstraliya məktəbləri ən yüksək standartlara əməl etməli və onlara ayrılan maliyyə mənbələri şagirdlərin faydalanması istiqamətində xərclənməlidir.

Maide.az

Ad:
E-poçt:
* Comment:
* captcha: