IQNA

Ayətullah Üzma Məkarim Şirazinin "ərbəin" zəvvarlarına tövsiyələri:

"Ərbəin" şərəf və azadlıq yolunda qüdrət sərgisidir

11:22 - November 18, 2015
Xəbər sayı: 3454118
Elmi Dini Hövzələr şöbəsi: Şiələrin böyük təqlid mərcəsi, fəqih, Elmi Dini Hövzənin "İctihad dərsləri mühazirəçisi" və Quran-Kərimin müfəssiri Ayətullah Üzma Nasir Məkarim Şirazi "ƏRBƏİN" zəvvarlarına sövsiyələr edərək buyurdu: "Ərbəin" şərəf və azadlıq yolunda qüdrət və müqavimət sərgiləməkdir. "Ərbəin"in bu dünyada misalı Qiyamət günündə insanların toplanış misalıdır ki, bu dünyada onun oxşarı yoxdur.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Elmi Dini Hövzələr" şöbəsi müxbirinin Qum Elmi Dini Hövzəsindən verdiyi xəbərə görə, Şiələrin böyük təqlid mərcəsi, fəqih, Elmi Dini Hövzənin "İctihad dərsləri mühazirəçisi" və Quran-Kərimin müfəssiri Ayətullah Üzma Nasir Məkarim Şirazi bu gün (18 noyabr 2015) Qumun "Ə`zəm məscidi"ində "xaric dərsi"nin mühazirəsində "ƏRBƏİN" zəvvarlarına sövsiyələr edərək buyurdu: "Ərbəin"in bu dünyada misalı Qiyamət günündə insanların toplanış misalıdır ki, bu dünyada onun oxşarı yoxdur. 14 əsr öncə azadlıq, şərəf və zülmlə mübarizə uğurunda şəhid olmuş Kərbəla şəhirlərinin xatirəsini əziz tutmaq üçün qoca, qadın, əlil və uşaq olmaqlarına baxmayaraq Kərbəlaya toplanmış 20 milyon nəfər bu dünyada böyük Qiyamət gününün kiçik təcəssümüdür. Və buna görə də "Ərbəin" şərəf və azadlıq yolunda qüdrət və müqavimət sərgiləməkdir.



Ayətullah Üzma Nasir Məkarim Şirazi "ərbəin" zəvvarlarına tövsiyələr edərək buyurdu: Ziyarətin birinci şərti "xalis niyyət"dir. Bu ziyarətdə dünya işlərindən qorunun ki, şəhidlərin müqəddəs hədəfləri uyğun gəlmir.



Getdiyiniz bu yolda başqalarına zəhmət yaratmayın, yolda tələskənlik edib sıraları bir-birinə vurmayın, çalışın digər zəvvarala kömək edəsiniz. Hər cür sıxıntı və izdihamın yaranmasına və Mina hadisəsi kimi hadisələrin meydana gəlməsinə bais olmayın.



Ziyarət zamanı uzun-uzadı dua və ziyarətlərdən çəkinin, qısa və müxtəsər ziyarət etdikdən sonra yerinizi başqaları üçün boşaldın.



Xanımlar və ağalar bu ziyarətdə "hicab"larını qorusunlar, namazı əvvəl vaxtında qılsınlar.



Bu səfərdə məzhəbimizə xələl gətirən işlərdən, xüsusilə də xurafi məsələlərdən çəkinin.



Bütün müsəlmanları və dünya məzlumlarını dualarınızda unutmayın. Məzlumların zalimlərin caynağından qurtarması üçün səmimi qəlbdən dua edin.



"Ərbəin" ziyarətinə getməyənlər də mütləq həmin gün "ərbəin" ziyarətnaməsini oxusunlar və əzadarlıq məclisləri qursunlar.       



3454048

Teqlər: ziyarət ، Ərbəin ، məkarim ، kərbəla
captcha