IQNA

15:48 - November 28, 2015
Xəbər sayı: 3457938

“Heydər” məscidinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Tehran(IQNA) - “Heydər” məscidi möminlərin ibadəti üçün artıq tam hazırdır və dekabr ayında bütün müsəlmanların üzünə açılacaq.

IQNA’nın İslam.az-a istinadla verdiyi xəbərə görə, bunu SalamNews-a “Heydər” məscid-komleksinin direktoru Hacı Sabir Həsənli deyib.

Direktor bildirib ki, məscidin rəsmi açılış mərasimindən sonra möminlərin maksimum rahatlığı və ibadəti üçün hər cür şəraitin yaradılması ilə bağlı işlər tamamlanıb. Məscidin iki mərtəbəsinə 920 kvadratmetrlik xalça döşənib. Həmin xalçalar məşhur Şeyx Səfi xalça elementlərinə uyğun hazırlanıb.

Hacı Sabir Həsənli xüsusi olaraq onu da qeyd edib ki, Qafqaz məscidlərinin heç birində analoğu olmayan bu geniş ölçülü xalçalar məhz hazırda döşənildiyi yerdəcə toxunub.

Teqlər: Heydər ، məscidi ، istifadə ، veriləcəyi ، vaxt
captcha