IQNA

Polşa müsəlmanları irqçilik və terrorizm əleyhinə aksiya keçirdilər

8:05 - December 01, 2015
Xəbər sayı: 3458825
Beynəlxalq şöbə: Yüzlərlə polşalı müsəlman ölkənin Puznan şəhərində irqçilik və terrorizm əleyhinə yürüş təşkil edərək iqçiliyi və terrorizmi məhkum etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "AFP" (Fransa Xəbər Agentliyi) xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, üç yüz nəfər polşalı müsəlman ölkənin qərbində yerləşən Puznan şəhərində irqçilik və terrorizm əleyhinə yürüş təşkil edərək iqçiliyi və terrorizmi məhkum etdilər.



Polşanın müsəlman liderlərinin təşkilatçılı ilə baş tutmuş aksiya və yürüşlərdə iştirak edən müsəlmanlar əllərində üzərinə "müsəlman terrorizm əleyhinə" və "irqçiliyə son qoyulsun" yazılmış plakardlar tutmuşdular.



Yusif Şədid – Polşanın Puznan şəhər Camaat İmamı, bu aksiya barəsində dedi: Biz müsəlmanlar terrorizmin bütün növlərini məhkum edirik və terrorist hücumlarına məruz qalmış bütün insanlara onlarla həmdərd olduğumuzu bildiririk.



O dedi: Polşalıların bəziləri müsəlmanlara qarşı çox radikal və irqçi hərəkətlər nümayiş elətdirirlər və çalışlar ki, digər insanlara "bütün müsəlmanlar" terroristdirlər ismarıcını ötürsünlər.



Yusif Şədid – Polşanın Puznan şəhər Camaat İmamı, əlavə etdi: Biz müsəlmanlar bu gün bəzi polşalıların müsəlmanlara qarşı sərgilədikləri ifratçı fikir və radikal irqçiliyə və bütün dünyadkı terrorizmə qarşı etirazlarımızı bildirmək üçün bura toplaşmışıq.



Qeyd edək ki, Polşanın 35 milyonluq cəmiyyətinin 90%-ni katolik məsihilər təşkil edir. Müsəlmanların sayının bu ölkədə 15 mindən 25 min nəfərə qədər olduğu deyilir. Polşa müsəlmanları tarixdə ilk dəfə miladın 14-cü əsrində, yəni tatarların Polşanın şərqi kəndlərində özlərinə ilk dəfə evlər tikdiyi vaxtdan, burada məskunlaşmağa başlamışlar. Polşada təkcə 3 məscid mövcuddur. Bu məscidlərin ən qədimi ölkənin şərqində Krojyani kəndində yerləşir. Bu məscid 19-cu əsrin ortalarında tikilmişdir.       



3458459

Teqlər: polşa ، irqçilik ، terrorizm ، tatarlar
captcha