IQNA, Maide.az-a istinadla xəbər verir ki, “Böyük həmrəylik cüməsi” adlandırılan cümə namazı Ərəbistanın şiə alimlərindən olan Şeyx Əbdülkərim əl-Həbilin imaməti və görkəmli səud alimlərinin iştirakı ilə qılınıb.
Cümə namazı Qətif şəhərinin “əl-Qəl`e” meydanında keçirilib və Təhlükəsizlik oraqnlarının ciddi yaxlamalar aparmasına və insanları qəsdən yubatmasına baxmayaraq, namaz qılanların kütləvi şəkildə iştirak etməsinə şahidlik edib, habelə meydanda Şeyx Nimrin şəkilləri asılıb.
Təntənələi cümə namazının keçirilməsində məqsəd Ayətullan Nimrlə həmrəylik nümayiş etdirmək və səudiyyəli bu şiə ruhaniyə, elədəcə daha 16 gəncin ölüm hökmünə etiraz etmək olub.
Ərəbistanın şərqində yaşayan çox sayda sakin mübariz şiə ruhani Şeyx Nimr Baqer ən-Nimr də başda olmaqla, edama məhkum olmuş məhbuslara dəstək məqsədilə mitinq keçiriblər.
Bu, Ərəbistan həbsxanalarında saxlanılan və haqlarında ölüm hökmü çıxarılan Ayətullah Nimr və digər siyasi fəallarla bir həftə ərzində keçirilən ikinci həmrəylik mitinqidir.