IQNA

Səudiyyə Ərəbistanda daha bir nəfər edama məhkum edildi

13:02 - December 18, 2015
Xəbər sayı: 3465490
Tehran(IQNA) - Ərriyad cinayət və təhlükəsizlik məhkəməsi bir şiəni Ərəbistanın təhlükəsizlik məmularına hücum etmək ittihamı ilə edama məhkum edib.

 Edama məhkum olunmuş şəxsin kimliyi hələ məlum deyil, ona görə ki, Səudiyyə rejim  məhkəməsi edama məhkum edilmiş şəxslərin adlarının yerli qəzetlərdə dərc olunmasını qadağan edib.

Məlumatda qeyd olunur ki, bu şəxs ölkənin Tarut məntəqəsində  edama məhkum olunub. Qeyd edək ki, ötən on gündə Ərəbistanda şiələrə qarşı siyasi ittihamlarla  çıxarılan ikinci edam hökmüdür.

Bu hökmlə Ərəbistanın şərq bölgəsində dinc etirazların başlandığı zamandan indiyədək siyasi ittihamlarla edama məhkum olunan şiələrin sayı 9-a çatır.

2011-ci ildə Ərəbistanda siyasi islahatların icra edilməsinin istənilməsi, eləcə də hüquqi tələblər və xalq hərəkatı başlayıb. Onlar həmdə Şeyx Nimr Baqir Əl-Nimrin həbs olunması və onun üçün edam hökmünün çıxarılmasına  etiraz edirlər.

Maide.az

captcha