İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İRAQ qoşunları qərargahının sözçüsü mətbuat konfransında elan etdi: Ər-Rəmadi şəhəri İŞİD terrorçuların işğalından azad olundu.
Bu xəbərə görə İraqın Müştərək Əməliyyat komandanlığı bir neçə dəqiqə öncə bildirib ki, Ər-Rəmadi şəhəri İŞİD terrorçuların işğalından azad olunub. Əl-Ənbar əyalət rəisi bu xəbəri təsdiq edib.
Xəbər agentliklərinin bildirdiyinə görə, bu şəhər tam azad olunduqdan sonra İraq bayrağı dövlət binalarının üzərinə sancılıb.
Bağdadaın 110 km qərbində yerləşən əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhəri bu ilin mart ayında İŞİD tərəfindən şübhəli şəkildə işğal olunmuşdu.
İŞİD terrorçuları Ər-Rəmadiyə hücum günündə əl-Anbardan Ər-Rəmadiyə qədər səhrada Suriya sərhədindən 500 kilometrə yaxın ərazini qət edib. Halbuki İŞİD əleyhinə ABŞ-ın başçılıq etdiyi koalisiya təyyarələri İraq səmasında uçuşlar keçirirlərmiş.
İki ay öncədən başlanan Ər-Rəmadinin azad olunması əməliyyatı bir neçə mərhələdə əl-Anbar vilayətinin mərkəzinin ətrafında irimiqyaslı əməliyyatların azad olunması ilə nəticələnmiş və İraq ordusu qüvvələri ötən həftə bu şəhərə daxil olmuşdular.