İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalı olan "əxbarək" xəbər agentliyinə istinald verdiyi xəbərə görə, Nigeriyada minlərlə insan əziz İslam Peyğəmbərinin (s) mövlud günü və "vəhdət həftəsi" ərəfəsində Kanu şəhərində bu ölkənin İslami Hərəkat rəhbəri Şeyx İbrahim Zəkzakiyə dəstək aksiyası keçiriblər.
Bu aksiya Nigeriyaının Şimalında yerləşən Kano şəhərində İslami Hərəkat rəhbəri Şeyx İbrahim Zəkzakinin və bu hərəkatının digər üzvlərinin azad edilməsi tələbi ilə keçirilib. Aksiya iştirakçıları Şeyx İbrahim Zəkzakinin zadlığa buraxılmasını tələb ediblər. Aksiya iştirakçıları həmçinin Nigeriya ordusunun yüzlərlə şiəni qətliam etməsini pisləyiblər. Onlar hüquqlarının bərpa olunmasınadək aksiyaları davam elətdirəcəklərini vurğulayıblar.
Qeyd edək ki, son illər Nigeriya hökuməti şiələrə təzyiqləri artırıb və bu yöndə minlərlə şiəni qətliam edib. Şiələrin mənəvi lideri Şeyx Zəkzakini həbs edərək, 4 oğlunu şəhadətə yetirib.