IQNA

Dini Elmi Hövzənin ustadları Ayətullah Şeyx Nimrin edam olunmasını məhkum etdilər

10:43 - January 03, 2016
Xəbər sayı: 3480022
Tehran, 3 Yanvar 2016 - Səudiyyədə Əhli-beyt (ə) alimi, tanınmış və nüfuzlu ruhani və şiələrin dini lideri Ayətullah Şeyx Baqir ən-Nimrin edamından sonra aparıcı mərceyi-təqlid alimləri bu edamı pisləyən bəyanatlarla çıxış edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Səudiyyədə Əhli-beyt (ə) alimi, tanınmış və nüfuzlu ruhani və şiələrin dini lideri Ayətullah Şeyx Baqir ən-Nimrin edamından sonra Qum Dini Elmi Hövzəsinin ustadları və mərceyi-təqlid alimləri bu edamı pisləyən bəyanatlarla çıxış ediblər.

Ayətullah Nuri Həmədanibildirib ki, Səudiyyə rejimi bu addımı ilə bütün Əhli-beyt (ə) davamçılarına və əhli-sünnəyə həqarət edib. "Ali-Səud bu addımı ilə Suriya, İraq, İran, Livan və digər yerlərdə Əhli-beyt (ə) davamçıları və Əhli-sünnəyə həqarət edib".

Ayətullah Məkarim Şirazibildirib ki, bu xəbər bütün İslam dünyasını dərin üzüntü və kədərə qərq edib. "Ayətullah Nimrin dəhşətli edam xəbəri bütün İslam dünyasını üzüntü və kədərə qərq etdi. Əgər indiyə qədər kimlərsə Səudiyyə rejiminin İslamı ləkələdiyinə dair tərəddüddə idisə, bu onlara ayılmaq üçün siqnaldır".

Ayətullah Sübhaniçıxışında bildirib ki, bu xəbər bütün müsəlmanların qəlbini yaralayıb: "Ayətullah Nimrin şəhadəti bütün müsəlmanların qəlbini yaralayıb. Şeyx Nimr sadəcə olaraq Səudiyyədə olan Əhli-beyt (ə) davamçıları üçün daha yaxşı həyat istəyirdi. Bu ölkədə yaşayan Əhli-beyt (ə) davamçıları böyük məhdudiyyətlərə məruz qalır".

Ayətullah Safi Gülpəyqanibildirib ki, Ali-Səud rejimi bununla öz sonunu yaxınlaşdırıb: "Ali-Səud bilməlidir ki, Əhli-beyt (ə) aliminin məzlumcasına axıdılan şəhadət qanı İslam dünyasında daha böyük oyanışa səbəb olacaq və onların çöküşünü yaxınlaşdıracaq".

Ayətullah Cavadi Amulidə Şeyx Nimrin edam edilməsini pisləyib və bu mübariz ruhaninin edam olunması üzrə qərarın icra olunmasının Ali-Səud rejiminin süqutuna zəmin yaratdığını söyləyib.

captcha