IQNA

Federika Moqerini Səud rejiminin edam hökmünü tənqid etdi

10:52 - January 04, 2016
Xəbər sayı: 3480025
Tehran, 4 Yanvar 2016 - Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini Şeyx Nimrin edam məsələsi ilə balı bəyənat yayıb.

IQNA-nın "Mehrnews”-a istinadən verdiyi xəbərə əsasən, Federika MoqeriniSəudiyyə Ərəbistanının şiə alimi edam etməsilə bağlı narahatçılığını dilə gətirib.

O bu haqda deyib: "Avropa İttifaqı bu edam hadisəsinə öz sərt etirazını bildirir. Bu edam hökmü söz azadlığı, mədəni və siyasi haqqların qorunması barədə ciddi nigarançılığa səbəb olub. Bu hadisə qarşıdurmaların qızışması üçün potensiala sahibdir və bunun təsiri bölgədə görünəcəkdir.”

Teqlər: federika ، mogerini ، səud ، rejimi
captcha