IQNA-nın Maide.az-a
istinadla verdiyi xəbərə əsasən, etirazçılar Səudiyyə rejiminin yaşayış
rayonlarında kaset bombalarından istifadəsini pisləyiblər. Onlar kaset
bombalarından istifadəni Yəmən xalqının kütləvi qırğın etməsi məqsədi ilə
olduğunu bildirdilər və beynəlxalq təşkilatları bu cinayətlərə reaksiya verməyə
çağırdılar.
Qeyd edək ki, son həftələr ərzində Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənin paytaxtı Sənanın yaşayış rayonlarını qadağan olunan kaset bombalarından atəşə tutub.
Səudiyyə
qırıcıları mülki vətəndaşların yaşadığı əraziləri bombardman ediblər. Bu bombardman
nəticəsində çox sayda insan həlak olub və yaralanıb.
Bir neçə gün öncə Human Rights Watch insan haqları təşkilatı da Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu bildirmişdi.