IQNA

İslami ölkələrin parlamentlərarası konfransı Bağdadda öz işinə başladı

23:22 - January 25, 2016
Xəbər sayı: 3480096
Tehran, 25.01.2016 – İslami ölkələrin parlament başçıları birliyinin 11-ci iclası İran İslam Respublikası İslam Şurası rəisinin iştirakı ilə Bağdadda öz işinə başladı.













İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami ölkələrin parlament başçıları birliyinin 11-ci iclası dünən (24.01.2016) İran İslam Respublikası İslam Şurası rəisi Dr. Əli Laricaninin iştirakı ilə İraqın başkəndi Bağdadın "əl-Xəzra" rayonunda "Prezident Sarayı"nda öz işinə başladı.

Bu iclasda Fuad Məsum (İraqın prezidenti), Heydər əl-İbadi (İraqın baş naziri), İraqın din alimləri, dünyanın müxtəlif ölkələrinin nümayəndələri və həmçinin İslami ölkələrin parlament başçıları iştirak edirlər.

İran İslam Respublikası İslam Şurası rəisi Dr. Əli Laricani ölkəsinin nümayəndəsi olaraq dünən bu konfransda çıxış etdi.

Dünyanın qırx İslami ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfransın keçirlmə hədəfi terrorizm, radikalizm və təkfirçilik ilə mübarizədə vahid strateji yol tapmaqdır.

Bu konfransda Türkiyə, Pakistan, Mali, Əlcəzayir, Küveyt, Suriya, Sudan, Tunis, Sumali və digər ölkələr iştirak edirlər.

http://iqna.ir/fa/news/3469964


Teqlər: bağdad ، parlament ، İraq
captcha